İsrail Prezidenti Reuven Rivlin Qaziantep vilayətində törədilmiş terror aktına görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, R.Rivlin məktubda İsrail xalqı və öz adından R.T.Ərdoğana başsağlığı verib.