Türkiyənin təhlükəsizliyini gücləndirmək üçün Suriya ilə sərhəddə 239 km uzunluğunda sədd tikilib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Türkiyənin Hatay vilayətində tikilən səddin hündürlüyü 3, eni isə 2 metrdir.
Suriya ilə həmsərhəd olan digər vilayətlərdə də yeni sədlərin tikintisi gözlənilir.