Ermənistan Avrasiya İqtisadi Birliyinin çıxılmaz vəziyyətə düşən sərhəd əyalətidir. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu erməni icmalçı Akop Badalyan deyib.
O qeyd edib ki, Soçidə AİB ölkələrinin baş nazirlərinin görüşündə Ermənistana İranla sərhəddə, Sünikdə azad ticarət zonasının açılmasına icazə verildi: "Çətin ki, bu, Ermənistandan böyük səylər tələb edib, çünki AİB-in üzvü kimi Ermənistan təşkilatın digər üzvlərinə maraqlı deyil".