Türkiyənin Elazığ vilayətindəki polis məntəqəsində partlayış olub. Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, yaralıların sayı isə 217 nəfərə çatıb. Onlardan 14-nün vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zamanı 150-dən çox avtomobilə də ziyan dəyib.
İlkin məlumata əsasən, polis məntəqəsinin qarşısında avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb. Hadisədən sonra ərazidə atışma olub.
Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.