Respublikaçılardan 50 milli təhlükəsizlik məmuru bildirir ki, partiyadan prezidentliyə namizəd Donald Trampda "prezidentliyə gərəkən xarakter, dəyərlər və təcrübə yoxdur”.
Onlar avqustun 8-də "The New York Times” qəzetində dərc olunmuş bəyanatda yazırlar ki, Trampın "təhlükəli prezident olacağına, ölkənin milli təhlükəsizliyini və rifahını risqə atacağına inanırlar”.