Hərbi çevriliş cəhdindən sonra 1684 hərbçinin xaric edildiyi Türkiyə Silahlı Qüvvələrində ilk təyinatlar olub. APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün dərc edilən qərarla 15 general və 2 admiral yeni vəzifəyə təyin edilib.