Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində yerləşən xəstəxanada partlayış törədilib. Baki-xeber.com xəbər verir ki, partlayış səhər saatlarında güllələnmiş Bilal Ənvər Kasinin xəstəxanaya gətiriləndən sonra baş verib.
Vəkil güllələndikdən sonra xəstəxana qarşısına onun çox sayda vəkil həmkarları və jurnalistlər toplaşıb. Həmin vaxt onların arasına daxil olan intiharçı kamikadze özünü partladıb.
APA-nın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, xəstəxananın reanimasiya şöbəsində baş vermiş partlayış nəticəsində 93 53 nəfər həlak olub, 50 nəfər xəsarət alıb. Ölü sayısının artacağı ehtimalı var.