Türkiyə hökuməti Pakistan hakimiyyətindən bu ölkədə Fətullah Gülənlə bağlı olan məktəblərin bağlanmasını istəyir. Ancaq bu valideynlər və tələbələrin narahatlığına səbəb olub.
Qeyri-hökumət təşkilatı olan PakTürk fondunun Pakistanda açdığı 20-ə yaxın məktəbdə minlərlə uşaq oxuyur.
Bu QHT xeyriyyə təşkilatı olduğunu, siyasət və ya Türkiyədəki ceviriliş cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə heç bir bağlılığı olmadığını deyir.
Türkiyə hökuməti bu məktəblərin Gülən şəbəkəsinə aid olduğunu deyir. "Bu təşkilatın məktəblər, biznes assosasiyaları və mədəniyyət təşkilatlarından ibarət qlobal şəbəkəsi var” Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoglu deyir.
Fondun şura üzvlərindən biri deyir ki, şəxsən Fətullah Güləndən ilham alır, amma onun baxışları, nəzəriyyəsinin məktəbin tədris proqramına heç bir aidiyyatı yoxdur. Bir sıra valideyinlər məktəbin bağlanması və ya rəhbərliyin dəyişməsinin mümkünlüyündən narahatdır.
Pakistan hökuməti tələbələrin maraqlarını qorumağa və məktəblərin fəaliyyətini davam etdirməsi üçün alternativ variant tapmağa çalışacağını bildirib.
Həmçinin tələblər deyir ki, Türkiyədəki siyasi sabitsizliyin onların təhsilinə heç bir aidiyyatı olmamalıdır.