Türkiyəli tanınmış müğənni İbrahim Tatlıses 5 il əvvəl məruz qaldığı silahlı hücumdan Fətullah Gülən camaatının öncədən xəbərdar olduğunu açıqlayıb.
Lent.az bildirir ki, Tatlısəs ona silahlı hücum edən Abdullah Uçmakın hadisədən bir neçə ay qabaq azadlığa çıxdığını deyib. O bildirib ki, A.Uçmak azadlığa çıxar-çıxmaz izlənilməyə başlanıb, telefonları dinlənilib: "Bu işi hazırda FETÖ-çü kimi axtarışda olan prokuror Cihan Kansız aparıb. Cihan Kansız və polis orqanlarında olan FETÖ-çülər A.Uçmakın mənə sui-qəsd hazırladığını öncədən biliblər. Onlar mənim hökumətə yaxın insan olduğumu, AKP-dən deputatlığa namizədliyimi verdiyimə görə bu silahlı insidentin qarşısını almayıblar".