Hərbi çevrilişə cəhddən sonra Türkiyə Silahlı Qüvvələrinin ümumilikdə 110 generalı vəzifəsindən azad edilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.
Bildirilir ki, Türkiyənin Quru Qoşunlarında 2002 generaldan 87-i, Hərbi Dəniz Qüvvələrində 56 admiraldan 32-i, Hərbi Hava Qüvvələrində isə 67 generaldan 30-u tutduğu vəzifədən azad edilib.
Bu arada, Türkiyə Quru Qoşunlarının komandanı İhsan Uyar istefa verib. Quru Qoşunların Tədris və Doktrina İdarəsinin rəisi Kamil Başoğlu da istefa verib. İlkin ehtimala görə, onların Türkiyədə hərbi çevrilişə cəhddə əli var.
Türkiyədə Nazirlər Kabineti aparatının Fəthullah Gülən terror təşkilatı ilə əlaqə qurmaqda ittiham edilən 30 əməkdaşı da saxlanılıb. Saxlanılanların adları barədə məlumat verilmir.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.