ABŞ prezidenti Barak Obama Hillari Klintonu ölkənin tarixində prezidentliyə ən yaxşı namizəd adlandırıb. Obama Denokrat Partiyasının qurultayında deyib ki, Hillari bu vəzifəyə, ondan və Bill Klintondan daha münasibdir.
"Onu nə qədər sındırmaq istəmələri vacib deyil, o heç vaxt təslim olmayacaq. Bu mənim tanıdığım, heyran olduğum Hillaridir. Buna görə də qəti şəkildə əminəm ki, heç bir kişi, heç bir qadın, nə mən, nə də ki, Bill heç vaxt bu vəzifəyə Hillari Klinton qədər münasib ola bilməz”.
Obamanın çıxışını Hillarinin həyat yoldaşı, keçmiş prezident və Demokrat Partiyasının üzvü Bill Klinton da alıqışlayıb.
Obama çıxışında, həmçinin Hillari Klintonun Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampı kəskin tənqid edib.
Tramp seçkiqabağı kampaniyalar zamanı Amerikanın böyüklüyünü özünə qaytaracağını vəd edib. "Amerika artıq böyük, onsuz da güclüdür. Və əlbəttə bizim gücümüz və böyüklüyümüz Donald Trampdan, əslində bütün bunlar ayrılıqda bir nəfərdən aslı deyil”.
Obama qeyd edib ki, Amerika xalqına idarə edən adam lazım deyil. O Trampı, dini dözümsüzlülük və Amerika dəyərlərinə xəyanətdə günahlandırıb: "Builki seçkilərdə xahiş edirəm mənə qoşulun. Arsızlıq və qorxunu rədd etmək, yaxşıya üz tutmaq və Hillari Klintonu növbəti prezident seçmək”.
Demokrat Partiyasından prezidentliyə rəsmi namizəd seçilən Hillari Klinton Obamanın çıxışından sonra səhnəyə çıxaraq onu qucaqlayıb.