Türkiyədə hərbi çevrilişə cəhddə iştirak etdiklərinə görə həbs edilmiş generalların ifadələrinə və istintaqa əsasən müəyyən edilib ki, Türkiyə Prezidentinə qarşı sui-qəsd planının arxasında onun hərbi müşaviri Əli Yazıcı dayanır.
Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, məhz Ə.Yazıcı Prezident Rəcəb Tayyib Ərdoğanın koordinatlarını qiyamçılara verib.
O, həmçinin məvacibinin 20 faizini Fətullah Gülən təşkilatına ödəyib.