Avstriyanın Viner-Noyştadt şəhərində Türkiyədə dövlət çevrilişinə cəhddən sonra bu ölkənin hökumətinə dəstək mitinqlərində türk bayrağından istifadə qadağan edilib.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, yerli hakimiyyət, həmçinin dəhlizlərdə türk bayrağını asmağı və onları avtomobillərdə yerləşdirməyi qadağan edib.