Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhkəmələrdə ölkənin müxalif siyasi partiyalarının liderlərinə qarşı verdiyi bütün iddiaları geri götürür.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, R.T.Ərdoğan bu barədə qərarı CHP və MHP liderləri ilə görüşdən sonra verib.
Bu arada, Türkiyədə hərbi çevrilişə cəhddən sonra ölkə Prezidentinin hərbi müşaviri vəzifəsi ləğv edilir. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verilir. Bundan başqa, Ankarada prezident sarayında təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Hərbi müşavir vəzifəsinin ləğv edilməsinin əsas səbəbi kimi Türkiyədə hərbi çevrilişə cəhddən sonra ölkə Prezidentinin baş hərbi müşaviri Əli Yazıcının saxlanılması göstərilir. O, qiyamda iştirak edib.