Fransanın Normandiya bölgəsində kilsədə bir neçə nəfəri girov götürmüş naməlum iki şəxs zərərsizləşdirilib. Girovlardan birinin öldüyü bildirilir. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Bıçaqla silahlanmış naməlum iki şəxsin kilsədə 4-6 nəfəri girov götürə biləcəyi ehtimal olunurdu.
Fransa Prezidenti Fransua Olland isə Ruan şəhəri yaxınlığındakı kilsədə insanların girov götürülməsini terror aktı adlandırıb. O, bildirib ki, cinayətkarlar İŞİD terror təşkilatına mənsub olduqlarını bəyan ediblər.
F.Olland qeyd edib ki, terrorçular kilsədəki keşişi qətlə yetiriblər.