Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakda günahlandırılan türk generallar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılıb.
Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.
BƏƏ-də Əfqanıstandakı Türkiyə hərbi kontingentinin komandanı briqada generalı Cahid Bəkir və briqada generalı Şener Topuç saxlanılıblar. Onlar Əfqanıstandan qaçandan sonra bu gün Türkiyə kəşfiyyatı tərəfindən Dubayda saxlanılıblar.