İrəvanda polis binasını ələ keçirmiş silahlı qrup silahı yerə qoymaqdan və hakimiyyətə təslim olmaqdan imtina edir. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bir az əvvəl silahlı dəstənin üzvləri polis mikroavtobusu yandırıblar.
Bundan başqa İrəvanda polis binasını ələ keçirmiş silahlı qrup pilotsuz uçan aparatı vurub.
Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs Yerevanda Daxili Qoşunların və polisin binasını ələ keçirib. Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.