Türkiyədə 15 iyul çevriliş cəhdində Boğaziçi körpüsünü tanklarla bağlayan əsgərlərin onlara etiraz edən dinc insanlara atəş açdığını göstərən yeni görüntülər yayılıb.
Baki-xeber.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüntülər təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Görüntülərdə çevrilişçilərin xalqa atəş açdığı və bəzi insanların açılan atəş sonra yerə yıxıldığı görünür. Görüntülərin başqa bir hissəsində isə tanklardan da atəş açılır.