İrəvanda polisin səhər saatlarında etiraz aksiyaçılarını qovması zamanı jurnalistlər də xəsarət alıblar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistan ombudsmanının ofisindən deyiblər.
Ermənistan ombudsmanı bu faktı pisləyir. Bu məsələlər üzrə materiallar gələcəkdə cinayət işinin açılması üçün istintaq orqanlarına göndəriləcək. Aksiyalar zamanı 136 nəfərin saxlandığı xəbər verilir.
Qeyd edək ki, Yerevanda silahlıların ələ keçirdiyi polis binası yaxınlığında etiraz aksiyasının iştirakçıları ilə polis arasında qarşıduma baş verib. Etirazçılar polisə daş və digər bərk əşyalar atıblar. Polis isə havaya atəş açıb və daha sonra etirazçılara qarşı işıq və səs qumbaralarından istifadə edib.