NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Türkiyədə hərbi çevriliş cəhdindən sonra aparılan istefalar və həbslər ölkənin silahlı qüvvələrini zəiflətməyib. Bu barədə Trend Reuters-ə istinadən xəbər verir.
O bildirib ki, Türkiyənin çoxasaylı və peşəkar silahlı qüvvələri var. "Mən əminəm ki, onlar NATO-nun etibarlı və güclü müttəfiqi kimi qalacaq" ,- deyə Yens Stoltenberq qeyd edib.
Onun sözlərinə görə, Türkiyənin Alyans tərkibində qalıb-qalmaması məsələsi gündəmdə deyil: "Türkiyə NATO-nun tərəfdaşı olmaqda davam edir. Bu çox vacibdir. Çünki bu ölkə İraq və Suriya kimi "qaynar nöqtələrin” sərhədində yerləşir”, baş katib əlavə edib (APA).