Türkiyədə ali məktəb rektorları daxil olmaqla, bütün elm adamlarının ölkədən çıxışına qadağa qoyulub. Bu barədə Trend "HaberTürk"ə istinadən məlumat verir.
Türkiyə Ali Təhsil Qurumu iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd üzrə aparılan istintaqla bağlı bu qərarı verib.
Qərara əsasən, hazırda ölkə xaricində olan elm adamları da geri çağırılır.