Türkiyə kəşfiyyatı (MİT) iyulun 15-də Ankarada baş qərargaha edilmiş hücumun videosunu yayıb. Bir neçə müşahidə kamerası ilə qeydə alınmış görüntülərdə vertolyotun binanın əsas və arxa qapısını neçə atəşə tutması görünür.
Həmçinin mühafizə qüvvələri və xüsusi xidmətin əməkdaşları cavab atəşləri açırlar.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd zamanı 290-dan çox adam ölüb, təxminən 1500 adamsa xəsarət alıb.