İyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevriliş cəhdindən sonra14 hərbi gəminin yoxa çıxdığı iddia edilir. Baki-xeber.com xəbər verir ki, bu barədə İngiltərənin "Times” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, 15 iyulda çevriliş cəhdindən sonra donanmaya bağlı 14 gəmidən xəbər yoxdur, gəmilərin ölkədən qaçmağa çalışan çevrilişçi hərbçilərin əlində ola biləcəyi şübhəsi var.
Hadisə baş verərkən gəmilərin Aralıq və Qara dənizlərində olduqlarını yazan qəzet, hadisələrdən sonra gəmilərdəki çevrilişçilərin sığınacaq üçün Yunanıstana üz tuta biləcəyini, ya da girov götürülə biləcəyini qeyd edir.
Xəbərə Rusiya və Yunanıstan da reaksiya verib. Yunanıstan Müdafiə Nazirliyindəki mənbə "Sputnik” Yunan limanlarına heç bir türk döyüş gəmisinin daxil olmadığını bildirib. Yunan səlahiyyətli belə danışdı: "Türk donanmasının bütün gəmilərini ilk andan etibarən diqqətlə izlədik. Onların hərəkətlərini bilirik. Onların (gəmilərin) bir mərhələdə Yunanıstan sularına girmək istədiyinə dair məlumat aldıq. Amma belə bir şey olmadı".
Başqa bi hərbi və diplomatik qaynaq isə türk donanmasına aid dörd döyüş gəmisinin Qara dənizdə olduğunu qeyd edərək, bu gəmilərdən heç birinin Rusiya limanlarında olmadığının bildirib.
NATO rəsmisi isə Türkiyə döyüş gəmilərinin itdiyinə dair məlumat almadıqlarını və Türkiyənin də itdiyi deyilən gəmilərin tapılması üçün ittifaqdan kömək istəmədiyini bildirib.