Qazaxıstanda naməlum şəxslərin Daxili İşlər Nazirliyinin Almalı rayon idarəsinin binasına və MTK-nın Departamentinə hücum edib. Bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) Antiterror Mərkəzi də təsdiq edib.
Trend-in xəbərinə görə, Antiterror Mərkəzindən bildiriblər ki, bu səbəblə Almatı ərazisində terror təhlükəsi kritik səviyyəyə ("qırmızı”) çatdırılıb.
Buna qədər Almatı şəhər Daxili İşlər Departamenti antiterror əməliyyatı keçirildiyini elan etmiş və Almatı sakinlərini evlərini tərk etməməyə, insanların kütləvi toplaşdığı ərazilərdən uzaq durmağa və bütün şübhəli şəxslər barədə hüquq-mühafizə orqanlarına dərhal məlumat verməyə çağırmışdı.
Almatı şəhər Daxili İşlər Departamenti ölənlər arasında polislərin də olduğunu bildirir. Ancaq bununla belə, ölənlərin sayı hələ dəqiqləşdirilməyib. Məlumatda deyilir ki, silahlı şəxslərdən biri tutulub, digəri axtarışdadır.
Bu arada Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bazar ertəsi Almatıda dörd nəfərin ölümü ilə nəticələnin silahı hücumu terror aktı adlandırıb. Dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında bildirib ki, bu gün Almatıda terror aktı törədilib və təəssüflər olsun ki, insan itkisinə səbəb olub: "Həlak olanların və yaralananların yaxınlarına başsağlığı verirəm. Onlara müvafiq psixoloji və maddi dəstək göstərmək lazımdır”.
Prezident, həmçinin Almatıda qayda-qanunu təmin etmək üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına tapşırıq verib. Bundan əlavə N.Nazarbayev İnformasiya və Kommunikasiya Nazirliyinə əhalini vaxtında və tam informasiya ilə təmin etməyi, vətəndaşların bütün sorğulatına operativ reaksiya verməyi tapşırıb. Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyinin Almalı rayon idarəsinin binasına və MTK-nın departamentinə silahlı hücum edilib. Hücum nəticəsində üç polis əməkdaşı və bir mülki vətəndaş olmaqla dörd nəfər həlak olub və 8 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hücumda şübhəli bilinən şəxs yaralanaraq polis tərəfindən saxlanılıb və şəxsiyyəti müəyyən edilib.
Prezident, həmçinin Almatıda qayda-qanunu təmin etmək üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına tapşırıq verib.
Bundan əlavə N.Nazarbayev İnformasiya və Kommunikasiya Nazirliyinə əhalini vaxtında və tam informasiya ilə təmin etməyi, vətəndaşların bütün sorğulatına operativ reaksiya verməyi tapşırıb.
Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyinin Almalı rayon idarəsinin binasına və MTK-nın departamentinə silahlı hücum edilib. Hücum nəticəsində üç polis əməkdaşı və bir mülki vətəndaş olmaqla dörd nəfər həlak olub və 8 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hücumda şübhəli bilinən şəxs yaralanaraq polis tərəfindən saxlanılıb və şəxsiyyəti müəyyən edilib.