Türkiyədə son hərbi çevriliş cəhdindən sonra yüksək rütbəli ordu zabitlərinin həbsi davam edir.
Baki-xeber.com xəbər verir ki, çevriliş cəhdinin arxasında durduğu ehtimal edilən Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı general Akın Öztürk də həbs olunanlar arasındadır.
Kazan bölgəsində saxlanılan generalın ətrafında olan digər qiyamçı hərbçilər də təslim olublar.
Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı general Adəm Huduti və Türkiyə Silahlı Qüvvələrinin 3-cü korpusunun komandiri general Erdal Öztürk də həbs edilib.