Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fəthullah Gülənin ekstradisiyasını tələb edib. Baki-xeber.com xəbər verir ki, bunu bu gün Türkiyə prezidenti İstanbulda evinin qarşısında toplaşan tərəfdarlarına müraciəti zamanı deyib.
Ərdoğan ABŞ prezidenti Barak Obamaya səslənərək, Gülənin deportasiya edilməsi və ya Türkiyəyə təhvil verilməsini tələb edib: "Onun xəyanət etdiyini sizə demişdim, amma dinləmədiniz. İndi buyurub, çevriliş cəhdindən sonra bir daha çağırış edirəm. Pensilvaniyadakı o şəxsi Türkiyəyə təslim edin. Əgər biz strateji tərəfdaşıqsa, o zaman tərəfdaşınızın bu çağırışını lütfən yerinə yetirin”.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.