Ankara Prokurorluğunun apardığı istintaq çərçivəsində, ölkənin məhkəmə-hüquq sistemində çalışan və FETÖ (fətullahçı terror təşkilatı) mənsubu olduğu bildirilən şəxslərin kütləvi həbsinə başlanıb.
Baki-xeber.com xəbər verir ki, barəsində həbs qərarı çıxarılan 38 Danıştay (Türkiyədə dövlət idarələri arasındakı mübahisələrə baxan və qanun, qərar layihələrinə rəy verən məhkəmə orqanı) üzvündən 10-u saxlanıb, 38 Danıştay üzvü isə nəzarət altına alınıb. Bundan başqa haqqında nəzarət qərarı çıxarılan 140 Yarqıtay (Ali məhkəmə instansiyası) üzvündən 11-i, 5 HSYK (Türkiyənin Məhkəmə-Hüquq Şurası) üzvündən isə 4-ü nəzarətə altına alınıb.
Konstitusiya Məhkəməsinin üzvü Alparslan Altan da saxlanılıb.
Bundan başqa, HSYK 2 min 745 hakimin vəzifədən uzaqlaşdırılması barədə qərar çıxarıb. 5 HSYK üzvünün səlahiyyətlərinə isə xitam verilib.
XXX
Son məlumatlara görə, 2 745 məhkəmə, inzibati hakim və prokuror haqqında həbs qərarı çıxarılıb.