Türkiyə Baş Qərargahın binasını işğal edən çevrilişçilər təslim olur. Baki-xeber.com Aanadolu agentliyinə istinadən xəbər verir ki, Ankara Respublika Prokurorluğunun üç prokuroru şübhəliləri təslim almaq üçün Baş Qərargahın binasına gedib.
Geniş təhlükəsizlik tədbirləri altında təhlükəsizlik qüvvələrin tərəfindən binadan çıxarılaran üsyançıların bir qismi avtobuslara mindirilib. Onların arasında Hərbi Dəniz Qüvvələrinin 13 yüksək rütbəli hərbçisinin də olduğu bildirilir.