Türkiyənin Baş nazir Binali Yıldırım Baş Qərargah rəisi vəzifəsini ordu generalı Ümid Dündarın icra edəcəyini açıqlayıb. Binəli Yıldırım demokratiyaya sahib çıxdıqlarına görə müxalifət pariyalarının liderlərinə təşəkkür edib. Çevirilişə cəhdə qarşı hökumətin yanında yer aldıqlarını doğru və təqdirəlayiq hal hesab edib.
Baş nazir "vətəndaşlarımıza da təşəkkür edirik ki, küçələrdə çevirilişdə iştirak edənlərə etirazlarını bildiriblər, bundan sonra da meydanı boş buraxmamalıyıq” - deyə əlavə edib.
General Ümit Dündar bildirib ki, hadisə Türkiyə Silahlı Qüvvələrinin (TSK) müxtəlif rütbəli hərbçilərinin çevriliş cəhdidir: "Bir çox komandir bilinməyən yerlərə aparılıb. Dövlət başçımız, baş nazirimiz və nazirlərimizin səyləri nəticəsində cəhdin qarşısı alınıb. Dövlət və millət əl-ələ verərək Türkiyədəki bu çevrilişi məğlibiyyətə uğratdı… Öz Milli Məclisini bombalayan bu qrupun alçaqlığını millət əsla unutmayacaq. Millətimizə minnətdarlığımızı bildiririk. Türkiyə çevrilişi atlatdı."
Paralel dövlət qruplaşması mənsublarının hamısının ordudan təmizlənəcəyini vurğulayan Dündar həm də bunları deyib: "Dövlətinə və millətinə xəyanət edən heç kim cəzasız qalmayacaq. Türkiyə Silahlı Qüvvələri demokratik və hüquqi dövlətinin əmrində olmağa davam edir. Demokratiya və milli iradəyə sahib çıxan bütün siyasi partiyalara və media qurumlarına da minnətdarlığımızı bildiririk."
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Silahlı Qüvvәlәr daxilindә az saydakı bir qrup "FETÖ” ( Fətulahçı terror tәşkilatı) tәrәfdarlarının cәhdinin cәzasız qalmayacağını bildirib.
Cümhuriyyәt Xalq Partiyasının (CHP) sәdri Kamal Kılıçdaroğlu da çevriliş cәhdini qınayaraq bildirib ki, bu ölkә dövlәt çevrilişlәrindәn çox әziyyәt çәkib. Eyni problemlәri bir daha yaşamaq istәmirik. Milliyәtçi Hәrәkat Partiyasının sәdri Dövlәt Baxçalı da vәtәndaşların azad iradәsinә hörmәt etdiklәrini, çevriliş cәhdinin qәbuledilmәz olduğunu bildirib.
Türkiyә Böyük Millәt Mәclisinin sәdri İsmail Kahraman millәt vәkillәrini növbәdәnkәnar yığıncağa dәvәt edib.
AA hərbi qaynaqlara istinadən bildirir ki, İstanbul və Ankaradakı hərbi çevriliş cəhdi bir müddət əvvəl vəzifədən alınan Baş Qərargahda ədliyyə müşaviri polkovnik Məhərrəm Kosanın başçılığı ilə planlandırılıb.
Polkovnik Mehmet Oğuz Akkuş, mayor Erkan Ağın və başqalarının da Kosanın yanında olduğu bildirilib.