Çevrilişçi hərbçilərlə toqquşmada Türkiyə 161 şəhid verib. Baki-xeber.com xəbər verir ki, bu rəqəmi baş nazir Binali Yıldırım açıqlayıb. Baş qərargah rəisi vəkili general Ümid Dündar da isə bildirib ki, indiyə qədər əldə edilən məlumatlara görə, çevrlişçilərdən 104 nəfər ölü olaraq ələ keçirilib'.
Baş nazir bildirib ki, hadisələrdə 161 nəfər şəhid olub, 1440 nəfər yaralanıb. 2839 hərbçi isə həbs edilib.
Ölənlər arasında, prezident müşaviri Mustafa Varankın böyük qardaşı İlhan Varank, reklamcı Erol Olcan və 16 yaşındakı oğlu və "Yeni Şafak” qəzetinin işçisi Mustafa Cambaz da var.
Prezident müşayiət edən mühafizəçilərdən Kamal Tosun da Boğaziçi körpüsündə öldürülüb