Rusiya avqust ayında Krımda yeni S-400 "Triumf" zenit-raket sistemini yerləşdirməyi planlaşdırır. "Vedomosti" nəşri yazır ki, bu barədə məlumat verən qərargah rəisi, podpolkovnik Yevgeniy Oleynikov deyib ki, avqust ayında texnikanın Feodosiya şəhəri yaxınlığındakı daimi dislokasiya yerinə çatdırılması planlaşdırılır.
S-400 "Triumf" böyük və orta mənilli zenit -raket sistemidir. Bu sistem bütün müasir və perspektivli hava və kosmik hücum vasitələrinin dəf edilməsi üçün yaradılıb.
Hər bir zenit-raket sistemi eyni zamanda 80 hədəfin atəşə tutulmasını təmin etməyə qadirdir. Bunun üçün 160-a qədər raketlə təchiz olunmuş 8 zenit-raket kompleksi olmalıdır.
Rusiya bundan əvvəl S-400 zenit raket sistemi üçün yeni raketlərin sınaqlarının uğurlu keçdiyini elan etmişdi.