Avropa Birliyi liderləri yenə də Böyük Britaniyanın birlikdən çıxmasını tezləşdirməyə çağırırlar. Avropa Şurasının prezidenti Donald Tusk və Avropa Komissoyasının rəhbəri Jan Klod Yunker iyulun 13-də Böyük Britaniyanın yeni baş naziri Tereza Maya müvafiq məktub göndəriblər.
Yunker xüsusilə qeyd edir ki, Londonun gələcək fikrini bilmək istəyir.
Həmçinin Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland yeni çağırışla çıxış ediblər. Liderlər həmçinin Tereza Mayla telefon söhbətində təhlükəsizlik və miqrasiya böhranı sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.
Tereza May isə mayın 23-də Avropa Birliyindən çıxmaqla bağlı britaniyalıların iradəsini yerinə yetirəcəyini deyib. Amma qeyd edib ki, bu prosedur üçün Londona vaxt lazımdır.