Böyük Britaniyanın Baş naziri Tereza Mey səlahiyyətlərinin yeni icrasına başlayarkən artıq iki mühüm addım atıb. Trend bu barədə "The Telegraph" qəzetinə istinadən xəbər verir.
T.Mey yeni Britaniya konservatizminə baxışlarını açıqlayıb. O, eyni zamanda, mühüm dövlət vəzifələrinə yeni təyinatlar edib və məhz bu insanlar yeni baxışları həyata keçirərək Britaniyanın Avropa İttifaqından çıxmasını təmin edəcəklər.
Eyni zamanda, yeni Nazirlər Kabinetındə avroskeptiklər də yer alıb və T.Meydən fərqli olaraq Brexit-in lehinə səs veriblər. Məsələn, Boris Conson Xarici İşlər Nazirliyinə başçılıq edəcək, Lian Foks beynəlxalq ticarətə, Devid Devis isə Brexit-ə cavabdeh olacaq. Qəzet qeyd edir ki, bu müdrik qərardır və ölkədə vəhdətin saxlanılmasına imkan yaradacaq.
Mixail Qorbaçov bəyan edib ki, T.Mey fəaliyyəti ilə gələcəkdə Böyük Britaniyanın sabiq Baş naziri "dəmir ledi" Marqaret Tetçer ilə "bir sıraya dura bilər".
Bu arada, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının yeni Baş naziri Tereza Mey 4 naziri istefaya göndərib. İstefaya göndərilənlər ədliyyə naziri Maykl Qouv, Lankaster hersoqluğunun kansleri Oliver Letuin, mədəniyyət, kütləvi informasiya vasitələri və idman naziri Con Uittinqdeyl, təhsil və eyni zamanda qadın və bərabərlik işləri naziri Niki Morqandır.
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron iyulun 13-də kraliça II Yelizaveta ilə görüşüb və ona rəsmi istefa ərizəsini təqdim edib. Baki-xeber.com xəbər verir ki, Kemerondan sonra İngiltərənin yeni baş naziri Tereza May rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Birləşmiş Krallığın 76-cı baş naziri 59 yaşlı May elə həmin gün kraliçanın rəsmi iqamətgahı Bukinqem Sarayınnda onunla təxminən 30 dəqiqlik görüş keçirib və ona yeni hökuməti qurmaq tapşırılıb.
İngiltərə kraliçası II Yelizavetanın taxta çıxdığı 1952-ci ildən bu yana 13-cü baş nazir olan Mühafizəkar Partiyalı Tereza May, Marqaret Tetçerdən sonra ölkənin 2-ci qadın baş naziridir.