"Türkiyə Suriya və İraqla yaxşı münasibətlər qurmaq istəyir və terrorçuluqla mübarizənin uğurlu olması üçün hər iki ölkədə sabitlik olmalıdır”. Baki-xeber.com xəbər verir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib.
Qeyd edək ki, Türkiyə Suriya prezidenti Bəşər Əsəd rejiminin ən qatı əleyhdarlarından biridir və onun getməsini istəyir.
Amma Binali Yıldırım mayda baş nazir seçildikdən sonra dəfələrlə bəyan edib ki, Türkiyə dostlarını artırmalı, düşmənlərini isə azaltmalıdır. O, deyib ki, Ankara Rusiya və İsraillə münasibətləri normallaşdırıb və bunu Suriya ilə də edəcək. Binali Yıldırım bunun Türkiyə üçün əsas və qaçılmaz məsələ olduğunu deyib. O bildirib ki, əsirlərdir Aralıq və Qara dəniz hövzəsində birgə yaşayırıq. Ona görə də Suriya və İraq da daxil olmaqla bütün qonşularımızla yaxşı münasibətlər qurmalıyıq.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl London mərkəzli "Asharq Al Avsat” qəzeti, Türkiyənin Suriya rejimi Bəşər Əsədin qısamüddətli keçid prosesi əsnasında vəzifəsində qalmasına razılaşa biləcəyini yazmışdı.
Qəzet Türkiyə Xarici İşlər Nazirliyindən mənbəyə istinadən yazır ki, Ankara Əsəd rejiminin gələcəyilə bağlı mövqeyindən imtina etməyəcək, Əsədin keçid prosesinin ardından vəzifəsindən istefa verməlidir.