ABŞ-ın keçmiş Prezidenti Corc Buş (oğul) Dallasda atışma zamanı ölənlərin dəfn mərasimində rəqs edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o, mərasimdə "Respublikanın hərbi himni” mahnısının sədaları atında rəqs edərək yanında dayanan ABŞ-ın birinci xanımı Mişel Obamaya tərəf baxaraq gülümsəyib.
C.Buşun bu davranışı sosial şəbəkə istifadəçilərinin sərt tənqidlərinə tuş gəlib.
Dəfn mərasimində çıxış edən prezident Barak Obama isə, ölkənin çətin günlərdən keçdiyini deyərək xalqa birlik və bərabərlik çağırışı edib. Çıxışının bir hissəsində gözyaşlarına hakim ola bilməyən Obama, hücum anında orada olan polislərin özlərini güllədən çəkinməyərək və "cəsurca" davrandıqlarını bildirib.
Dəfn mərasimində çıxış edən prezident Barak Obama isə, ölkənin çətin günlərdən keçdiyini deyərək xalqa birlik və bərabərlik çağırışı edib.