ABŞ-da qaradərili şəxslərin polis tərəfindən öldürülməsinə qarşı ölkənin bir çox yerində həyata keçirilən nümayişlərdə səngimək bilmir.
Xüsusilə Dallasda 5 ağ polisin bir qaradərili snayperçi tərəfindən vurulmasından sonra gərginlik zirvəyə yüksəldi .... Həmin vaxt Dallasda qismən ağır olmaq üzrə altı polis də yaralandı. 11 sentyabr 2001-ci ildən bu yana ABŞ-da bu qədər çox təhlükəsizlik işçisi həyatını itirməmişdi.
Cinayətlər 48 saat ərzində iki qaradərilinin polis tərəfindən öldürülməsinə qarşı etirazlar əsnasında baş verdi.
Təkcə ötən həftə polis 2 afroamerikalını öldürüb.
Bu arada qaradərililərin yaratdığı silahlı milis qrupu "Yeni Qara Panterler”in lideri Babu Omovale qaradərililəri ölkənin cənub əyalətlərinə köçməyə çağırıb.
Qaradərililərin haqlarını müdafiə etmək üçün qurulan milis qrup "Yeni Kara Panterler”in lideri Omovale, Nyu-Yorkda yerli radioların birinə müsahibəsində bildirib ki, Luiziana, Missisipi, Cənubi Karolina, Alabama və Corciya əyalətlərinə öncə köç başladılmalı və bu əyalətlərin iqtisadiyyatını ələ keçirməliyik: "Bununla, qaradərililər gəlincə bölgədəki ağlar buradan çıxacaq. Bu bizim üçün o qədər də böyük proses deyil. Bununla ölkə içində öz ölkəmizə sahib ola bilərik".
Omovale ABŞ-dan tamamilə ayrılmağın mümkün olmadığını da deyib: "ABŞ-dan tamamilə ayrılmağın mümkün olmadığının fərqindəyik. Amma torpağımız, öz qəsəbələrimiz və qanunlarımız ola bilər. Bunlar tədricən həll edilər. Qaradərililərin qazandığı pulları nəzarət altına ala bilərik. Cəmiyyətimizin siyasətini yönləndirə bilərik. Təhsil proqramımıza biz qərar verə bilərik. Uşaqlarımıza ABŞ tarixində qaradərililərin yerini doğru şəkildə çatdıra bilərik".