İyulun əvvəllərində formalaşmış yeni Suriya hökuməti ölkə Prezidenti Bəşər Əsəd qarşısında and içib. Bu barədə Trend Suriyanın "SANA" agentliyinə istinadən xəbər verir.
İmad Həmis tərəfindən başçılıq edilən hökumət iyulun 3-ü formalaşdırılıb. Yeni hökumətdə əsas nazirlər öz yerlərində dəyişməz olaraq qalıblar. 26 nazir vəzifəsindən ancaq 14-ü yenilənib.
Müxalifət blokunu hökumətdə xalq barışdırma naziri vəzifəsində yenə Əli Haydar təmsil edir. Ondan başqa hökumətdə müxalif siyasətçi yoxdur.