Rusiyanın "Kalaşnikov” konserni 2006-cı ildə tətbiq edilmiş qadağadan sonra Gürcüstana mülki silahların tədarükünü bərpa edib. APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə konsernin marketinq üzrə direktoru Vladimir Dmitriyev bildirib verib. Onun sözlərinə görə, şirkət yaxın 5 ildə tədarükün həcmini artırmaq niyyətindədir.