ABŞ ordusu İrana qarşı son hücum dalğasının başa çatdığını elan edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ qüvvələri İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücumları davam etdirmək qabiliyyətini zəiflətmək üçün İranın hərbi komandanlıq mərkəzlərini, dəniz aktivlərini, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrini və hava hücumundan müdafiə sistemlərini hədəfə alıb.
Bildirilib ki, ticarət gəmiləri Hörmüz boğazından keçməyə davam edir: "Mərkəzi Komandanlıq qüvvələri may ayının əvvəlindən bəri Hörmüz boğazından təxminən 900 ticarət gəmisinin və 450 milyon barel xam neftin təhlükəsiz keçidinə töhfə verib. ABŞ qüvvələri boğazdan sərbəst və təhlükəsiz şəkildə keçməyə çalışan mülki dənizçilərə qarşı əsassız hücumlarına görə İranı cəzalandırmaq üçün ayıq-sayıqdır".
Tahir TAĞIYEV