İranın İslam İnqilabı Keşikçiləri Korpusu İraq, İordaniya, Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarına çoxsaylı ballistik raketlər atıb. İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, Vaşinqtonun öhdəliklərini yerinə yetirməməsi səbəbindən ABŞ ilə imzalanmış anlaşma memorandumunun dayandırılması faktiki olaraq baş verib.
"ABŞ memorandum üzrə bütün öhdəliklərini pozub və bütün müddəalarını dayandırıb. Bu vəziyyətə cavab olaraq ölkəmiz də memorandum üzrə öhdəliklərini dayandırıb və bu artıq tətbiq olunmur".
Qəribabadi danışıqlar davam edərkən ABŞ-ın İrana hücumlar etdiyini iddia edərək, bu yanaşmanın heç bir nəticə vermədiyini bildirib. "ABŞ bir daha aqressiv mövqenin nəticə verməyəcəyini anladı və bu davranışa lazımi cavabı aldı”- o deyib.
SAMİRƏ