İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Küveytdəki Amerika hava hücumundan müdafiə, rabitə və PUA obyektlərinə zərbələr endirdiyini bildirib.
Bu barədəTasnim xəbər agentliyinin məlumatında deyilir. İİKK, xüsusilə Əhməd Əl-Cabir hava bazasındakı erkən xəbərdarlıq radarı, raketdən müdafiə radar sistemi, telekommunikasiya mərkəzi, peyk rabitə sistemi və Patriot hava hücumundan müdafiə raket sisteminin vurulduğunu bildirib.
Bundan əlavə, İİKK Əli Əl-Salim hava bazasındakı Amerika MQ-9 kəşfiyyat və hücum dronlarının yerləşdiyi anqarı məhv etdiyini iddia edir.
İİKK əməliyyatın ballistik raketlər və dronlardan istifadə edərək əlavə zərbələri asanlaşdırmaq üçün bölgədəki Amerika radar nəzarətini pozmaq məqsədi daşıdığını vurğulayıb.
SAMİRƏ