İran və ABŞ arasında qarşıdurma fonunda, Omanın ərazi sularından istifadə edərək Hörmüz boğazından keçməyə çalışan Yunanıstana aid iki neft tankerinə hücum edilib. "Dynacom" şirkəti hücuma məruz qalan iki gəminin heyət üzvlərinin Oman hakimiyyəti tərəfindən təxliyə edildiyini və bütün regional hakimiyyət orqanları ilə sıx əlaqədə olduqlarını açıqlayıb.
"Dynacom" gəmilərdən birinin, Malta bayrağı altında üzən "Panamax" sinifli "Kavomaleas" tankerinə iki mərmi dəydiyini və nəticədə mühərrik otağında yanğın baş verdiyini bildirib. Şirkət bildirib ki, yanğınsöndürmə sisteminin işə salınmasından sonra kapitan gəmini təxliyə etmək qərarı verib.
Başqa bir açıqlamada isə, 2 milyon barel tutumu olan Liberiya bayrağı altında üzən böyük xam neft tankeri olan "Acheloos"un da hücuma məruz qaldığı bildirilib. Şirkət hər iki gəminin heyət üzvlərinin təhlükəsizdə olduğunu bildirib.
Yunanıstanın dəniz təhlükəsizliyi şirkəti Marisks bildirib ki, “Acheloos” və “Kamomaleas” gəmiləri eyni vaxtda zərbələrə məruz qalıb və hər ikisi ABŞ-ın dəstəyi ilə yaradılan cənub dəhlizindən istifadə edərək boğazdan keçməyə cəhd edib.
Tahir TAĞIYEV