Pentaqon ötən həftə İranın İordaniyaya endirdiyi zərbələr nəticəsində yaralanan onlarla ABŞ hərbçisi barədə məlumatları gizlədib.
"The New York Times" (NYT) mənbələrə istinadən xəbər verir ki, İran qüvvələri ötən həftə İordaniyadakı Amerika hədəflərinə dörd dəfə zərbə endirib. ABŞ Mərkəzi Komandanlığı rəsmi olaraq 17 iyulda baş verən dördüncü zərbə dalğası zamanı iki amerikalı hərbçinin öldüyünü, birinin itkin düşdüyünü, dördünün xəstəxanaya yerləşdirildiyini və bir neçəsinin yüngül xəsarət aldığını bildirib.
Lakin ötən həftə baş verən əvvəlki üç zərbə dalğası zamanı onlarla ABŞ hərbçisi yaralanıb ki, Pentaqon bu barədə məlumat verməyib. Bundan əlavə, bu hücumlar zamanı bir neçə ABŞ hərbi helikopteri də zədələnib. Pentaqon sözçüsü qəzetə bildirib ki, komandanlıq yaralıların xəsarətləri yüngül olduqda onlar haqqında məlumat açıqlamağa və onların tez bir zamanda xidmətə qayıtmalarına imkan verməyə borclu deyil. O əlavə edib ki, bu cür məlumatların açıqlanması İran Silahlı Qüvvələrinə zərbələrinin effektivliyini daha yaxşı qiymətləndirməyə və gələcək hücumları tənzimləməyə kömək edəcək.
Tahir TAĞIYEV