ABŞ və İran arasında danışıqların uğursuzluğundan sonra bölgədə hücumlar yenidən başlayıb və şiddətlənərək davam edir. Ən son olaraq ABŞ ordusunun İranın Şiraz şəhərini hədəf aldığı və ərazidə partlayış səsləri eşidildiyi bildirilib.
Yarırəsmi Fars Xəbər Agentliyinin məlumatlna görə, Şirazın şimal-qərbində partlayış səsi eşidilib. Partlayışın mənbəyi barədə məlumat verilməsə də, ilkin məlumatlarda ABŞ-ın Şiraza hücum etdiyi bildirilir.
Bu xəbərlərin ardından İranın Küveyti raketlər və kamikaze dronlarla hədəf aldığı bildirilib.
Küveyt ordusunun X sosial media platformasındakı açıqlamasında qeyd olunur ki, İrandan atılan raketləri və kamikaze dronlarını zərərsizləşdirmək üçün hava hücumundan müdafiə sistemləri işə salınıb. Açıqlamada, ölkədə eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin bu təhdidlərin qarşısını almağa yönəlmiş fəaliyyətləri ilə bağlı olduğu və ictimaiyyətdən hakimiyyət orqanlarının təhlükəsizlik təlimatlarına əməl etmələri çağırışı edildiyi bildirilir.
Tahir TAĞIYEV