Yəmənin Husi üsyançı hərəkatı bu gün Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasını başlatdıqlarını elan edib. Səudiyyə Ərəbistanından hələlik rəsmi cavab verilməyib.
Bu addım İranla müharibədə ABŞ-a qarşı yeni bir cəbhənin açılması və qlobal enerji təchizatı və ticarətinə təhlükənin Fars körfəzindən kənara çıxması deməkdir.
Bab əl-Məndəb boğazının tamamilə bağlanması Səudiyyə Ərəbistanının neft ixracı üçün istifadə etdiyi yolların çoxunun bloklanacağı anlamına gəlir. Bu isə qlobal neft tədarükünü 7 faiz azalda bilər. Bu vəziyyət Körfəz müharibəsinin qlobal neft nəqlində yol açdığı və qlobal neft tədarükünün 10% azalmasına yol açan böyük axsamaları daha da artıracaq.
Ekspertlərin fikrincə, Bab əl-Məndəb boğazının tamamilə bağlanması dünya neft bazarında qiymətləri kəskin şəkildə artıracaq.
Tahir TAĞIYEV