İran İordaniyanın cənubundakı Əqabə hava limanında ABŞ təyyarələrinə zərbə endirib.
Press TV-nin məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyanın cənubundakı Əqəbə hava limanında Amerika hərbi təyyarələrinə ballistik raketlərlə hücum edib.
SEPAH Əqəbə hava limanında ABŞ Hərbi Hava Qüvvələrinin C-17 və P-8 təyyarələrinə ballistik raket zərbələri endirdiyini bildirib.
Bundan əlavə, İran hərbçiləri ölkənin qərb bölgələrində ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatını vurub.
Tahir TAĞIYEV