Kocaelidə İzmit Bələdiyyəsində səhər saatlarında əməliyyat keçirilib. Bələdiyyə binasında və Fatma Kaplan Hürriyətin mənzilində axtarışlar aparıb.
İzmit bələdiyyə başçısı Fatma Kaplan Hürriyət və əri Murat Hürriyət, eləcə də CHP İzmit rayon başçısı Gökhan Ercan da daxil olmaqla 31 şübhəli şəxs saxlanıb.
İstanbul Respublika Prokurorluğunun açıqlamasına görə, saxlanılanlar, o cümlədən bələdiyyə sədri və onun əri cinayətkar təşkilat yaratmaqda, korrupsiyada və tender saxtakarlığında ittiham olunurlar.
İyulun 20-də prokurorluğun göstərişlərinə əsasən hüquq-mühafizə orqanları eyni vaxtda Antalya, Kırıkkale, İzmit, İstanbul və Ankarada əməliyyatlar keçirib.
Tahir TAĞIYEV