İranın xarici işlər naziri Abbas Əraqçi hesab edir ki, ölkəsi döyüş meydanında üstünlük qazandıqdan sonra ABŞ-la hərbi qarşıdurmaya son qoya və münaqişənin danışıqlar yolu ilə həllinə keçə bilər.
"Müharibə ya mütləq hərbi qələbə, ya da danışıqlar yolu ilə başa çata bilər. Danışıqlar üçün ən uyğun vaxt hərbi cəbhədə etibarlı sahə və strateji nailiyyətlər əldə etdiyiniz zamandır", - deyə Əraqçi “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə bildirib.
Xarici işlər naziri İranın "döyüş meydanında üstünlüyü" olduqda ABŞ-la hərbi qarşıdurmasına son qoyacağını bildirib. Nazirin sözlərinə görə, hərbi əməliyyatlara son qoymaq və danışıqlara başlamaq üçün vaxtın müəyyənləşdirilməsi də çox vacibdir: "İnsanların həyatını və ölkənin taleyini riskə ata bilməzsiniz. Qərarlar dəqiq və tam hesablamalar əsasında verilməlidir".
Tahir TAĞIYEV