Rusiyanın Odessa sahillərində üzən yük gəmisinə hücum edib. Ukraynanın Baş naziri Sergey Koretski hücumda 18 heyət üzvündən beşinin öldüyünü açıqlayıb.
Koretskinin açıqlamasına görə, Qərbi Afrika ölkəsi Qvineya-Bisau bayrağı altında üzən yük gəmisi qarğıdalı yükünü yüklədikdən sonra Odessa limanından ayrılıb və qısa zaman sonra hücuma məruz qalıb. Heyətdə Hindistan, Suriya və Ukraynadan olan dənizçilər olub.
Hücumdan sonra gəmidə böyük yanğın baş verib. Ukrayna Hərbi Dəniz Qüvvələri əraziyə göndərilib və xilasetmə əməliyyatında 2-si yaralı olmaqla 8 heyət üzvü təhlükəsiz şəkildə təxliyə edilib.
Hücumdan sonrakı ilk açıqlamasında Baş nazir Koretski beş dənizçinin itkin düşdüyünü bildirib. Sonradan aparılan dəyərləndirmələr bu şəxslərin öldüyünü təsdiqləyib. Koretski bildirib ki, xilasetmə qrupları yeni hücum ehtimalı səbəbindən hadisə yerini dərhal tərk etməli olublar.
Gəmiyə dəyən ziyanın miqyasını müəyyən etmək və hadisənin bütün təfərrüatlarını araşdırmaq üçün araşdırmalar davam edir.
Tahir TAĞIYEV