ABŞ prezidenti Donald Tramp vasitəçi ölkələrə mesaj göndərərək, İranla atəşkəs əldə edilmədiyi təqdirdə gərginliyin artmasına hazır olmaları barədə xəbərdarlıq edib.
İsrail televiziya kanalı “Channel 13”ün xəbərində iddia edilir ki, Trampın vasitəçi ölkələrə mesajında "Əgər bu həftə atəşkəs əldə olunmazsa, eskalasiyaya hazır olun" ifadəsi də yer alıb.
O, da iddia edilir ki, Qətər tərəflərə atəşkəs müqabilində bir razılaşma təklif edib: Hörmüz boğazını İranın nəzarətində olan dəniz nəqliyyatı üçün 10 gün müddətinə açmaq… Dohanın təklif olunan razılaşma layihəsində ABŞ-ın Hörmüz boğazının yenidən açılması müqabilində İrana hücumların dayandırılması nəzərdə tutulur. Ancaq “Channel 13”ə danışan digər yüksək vəzifəli ABŞ rəsmisi layihənin qəbul edilmə ehtimalının az olduğunu bildirib.
İsrailin yüksək vəzifəli rəsmisi isə son 24 saat ərzində gərginliyin artması ehtimalının əhəmiyyətli dərəcədə artdığını iddia edib.
Tahir TAĞIYEV